Zaqatalada uşaq bağçasında yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Zaqatalada uşaq bağçasında yanğın söndürülüb - YENİLƏNİB  - VİDEO
# 06 yanvar 2022 09:57 (UTC +04:00)

Zaqatalada körpələr evi - uşaq bağçasında baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın nəticəsində ümumi sahəsi 220 kv/m olan inzibati binanın yanar konstruksiyaları və içərisində olan sənəd və əşyalar tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

***

08:42

Bu gün səhər saat 07:50-də Zaqatala rayonunun Bəhmətli kəndində fəaliyyət göstərən, ümumi sahəsi 200 kv/m olan 75 uşaq yerlik körpələr evi - uşaq bağçasında yanğın başlayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR