Zaqatalada yol qəzasında 2 qardaş xəsarət alıb - YENİLƏNİB - FOTO - VİDEO

Zaqatalada yol qəzasında 2 qardaş xəsarət alıb - YENİLƏNİB  - FOTO  - VİDEO
# 25 iyul 2022 10:11 (UTC +04:00)

Zaqatalada yol qəzasına düşənlərin kimliyi məlum olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəzaya düşənlərdən ikisi qardaşdır.

1985-ci il təvəllüdlü Cuma Nizami oğlu Xəlilov və 1992-ci il təvəllüdlü Rəsul Nizami oğlu Xəlilov rayonun Üçüncü Tala kənd sakinləridir.

Qəza zamanı xəsarət alan Maşallah adlı şəxs isə Qax rayon sakinidir.

Rəsul Xəlilov cərrahiyyə əməliyyatına götürülüb. Digərlərinin vəziyyəti orta-stabil qiymətləndirilir.

***

09.31

Zaqatalada minik avtomobili aşıb, üç nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 8 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan 3 nəfər xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Zaqatala RMX-dan bildirilib ki, hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR