Bayram günlərində hava sabit, yağmursuz keçəcək - FAKTİKİ HAVA

Bayram günlərində hava sabit, yağmursuz keçəcək - FAKTİKİ HAVA
# 30 dekabr 2022 11:08 (UTC +04:00)

Faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinidən APA-ya verilən xəbərə görə, dekabrın 30-na olan məlumatına əsasən 29-u gün ərzində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə yağan qar 30-u gecə saatlarından kəsilib.

Qar örtüyünün hündürlüyü Qaxda, Şahdağda 2 sm, Altıağacda 1 sm olub.

Düşən yağıntının miqdarı Astarada 7.0 mm, Lənkəranda 6.0 mm, Ağdərə (Ordubad), Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda 1.0 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-da 5-9° şaxta, dağlıq rayonlarda 7-12° şaxta, aran rayonlarında 1° şaxtadan 2°-dək isti olub.

Bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 01-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR