MDB ölkələrinin sərhəd xidmətləri gələn il birgə təlim keçirmək barədə razılığa gəliblər

MDB ölkələrinin sərhəd xidmətləri gələn il birgə təlim keçirmək barədə razılığa gəliblər
# 09 oktyabr 2009 10:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Kişinyovda (Moldova) MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçirilib. Azərbaycan Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya verilən məlumata görə, oktyabrın 7-8-də keçirilmiş görüşdə Azərbaycanı DSX rəisi, general-leytenant Elçin Quliyev təmsil edib.

Moldova Sərhəd Qoşunları Komitəsinin məlumatına görə, iclasda MDB çərçivəsində iştirakçı dövlətlərin sərhəd təhlükəsizliyi sahəsində işbirliyi məsələləri müzakirə olunub. Tərəflər, həmçinin sərhəd təhlükəsizliyi, sərhəd keçidləri, qaçaqmalçılıq, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə, dəniz sərhədlərinin təhlükəsizliyi və s. məsələlər ətrafında da fikir mübadilələri aparıblar.

Əldə olunan razılığa əsasən, gələn il sərhəd xidmətləri mütəxəssislərindən ibarət qrupların birgə təliminin keçirilməsi də nəzərdə tutulur.

Şura çərçivəsində hazırkı dövrdə sərhəd təhlükəsizliyinə təhdid yaradan amillər təhlil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR