Xanlar Vəliyev: “Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb”

Xanlar Vəliyev: “Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb”
# 23 iyul 2010 15:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluğun kollegiya iclasında deyib. O bildirib ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ilin birinci yarısında qeydə alınan hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən tabelik qaydası əleyhinə olan, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozma, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, silahla davranış qaydalarını pozma kimi cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Döyüş şəraitində xidməti yerini tərk etmə cinayəti isə ümumiyyətlə qeydə alınmayıb. Azərbaycan Silahlı Qüvvələrində baş vermiş cinayətlərin 99,2 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması tam təmin olunub.

Ötən dövr ərzində Hərbi Prokurorluq korrupsiya cinayətlərinə qarşı da ciddi mübarizə aparıb. Bu da əvvəlki illərlə müqayisədə cinayətkarlıqla mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edilməsinə, Silahlı Qüvvələrdə mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə və bu kimi digər cinayət hadiəslərinin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb. Hərbi Prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə baş vermiş cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 51 faizinin istintaq zamanı ödənilməsi təmin edilib.

2010-cu ilin birinci yarısında Hərbi Prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.Təhqiqat orqanlarının faliyyətində qanunların icrasına dair 86 yoxlama aparılıb ki, bunun nəticəsində 1090 qanun pozuntusu aşkar edilib, 51 nəfərə xəbərdarlıq edilib, 37 cinayət işi başlanıb.

Kollegiyada həmçinin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət hadisələrinin istintaqı barədə də məlumat verilib. Qeyd olunub ki, Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə tövsif edilib. İş üzrə 286 təqsirləndirilən şəxs barəsində axtarış elan olunub. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR