BQXK-nın Bakı ofisi Mübariz İbrahimovun cəsədinin fotolarının ermənilər tərəfindən yayılması ilə bağlı qurumun mərkəzi ofisinə və Ermənistan nümayəndəliyinə müraciət edib

Bu barədə APA-ya açıqlamasında BQXK-nin Bakı ofisinin mətbuat xidmətinin əməkdaşı İlahə Hüseynova bildirib. İ. Hüseynova fotoları bu gün mətbuatda gördüklərini deyib: “Beynəlxalq Qırmızı Xaç Komitəsi Mübariz İbrahimovla bağlı mütəmadi iş aparır. Məsələ ilə bağlı nəticə əldə olunan kimi ictimaiyyət məlumatlandırılacaq”.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. Onun meyiti erməni əsgərləri tərəfindən götürülüb və qaytarılmayıb. Azərbaycan tərəfi gizirin meyitinin qaytarılması üçün BQXK vasitəsilə Ermənistan tərəfinə müraciət edib. Lakin ermənilər BQXK-nın sorğusuna cavab olaraq M. İbrahimovun cəsədinin nə Ermənistanda, nə də Dağlıq Qarabağda olduğunu bildiriblər.
Bir neçə gün əvvəl isə ermənilər “Odnoklassniki.ru” saytında şəhid M. İbrahimovun ölümündən sonrakı şəkillərini yayıblar.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev iyulun 21-də gizir Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə sərəncam imzalayıb.

Hərbi

"Snayper həddi" müsabiqəsinin epizodları icra olunur - FOTO

"Dəniz kuboku"nda artilleriya atışı epizodu üzrə tapşırıqlar yerinə yetirilib - FOTO

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib - FOTO