Ermənilər Qazax, Göygöl, Goranboy, Füzuli və Tərtər istiqamətində atəşkəsi pozublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 20-də saat 20.20-dən 20.30-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 11.20-dən 11.25-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 14.15-dən 14.30-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.20-dən 16.10-dək və avqustun 21-də saat 00.10-dan 00.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.00-dan 00.25-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Hərbi

"Dəniz kuboku"nda iştirak edən komandaların rəhbər heyətləri ilə görüş olub - FOTO

“Tank biatlonu”nun püşkatma mərasimi keçirilib - FOTO

“Artilleriya atəşinin ustaları”nın püşkatma mərasimi keçirilib
