ABŞ generalı Azərbaycan hərbçilərinin Əfqanıstandakı fəaliyyətinə görə minnətdarlığını bildirib

ABŞ generalı Azərbaycan hərbçilərinin Əfqanıstandakı fəaliyyətinə görə minnətdarlığını bildirib
# 14 mart 2023 16:12 (UTC +04:00)

ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.

APA xəbər verir ki, bu barədə generalı Edvard Voqan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşdə bildirib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR