ANAMA: Ağdamda 2 kilometrlik radiusda 49483 ədəd mina var

ANAMA: Ağdamda 2 kilometrlik radiusda 49483 ədəd mina var
# 16 fevral 2023 12:29 (UTC +04:00)

Ağdamın işğaldan azad olunmuş 7 kəndi keçmiş təmas xətti ərazisinə düşür. Rayon üzrə 2 kilometrlik radiusda 49483 ədəd tank və piyada əleyhinə mina var.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov deyib. O bildirib ki, təhlükəsiz yaşayışı təmin etmək üçün bu ərazilər təmizlənməlidir. O da qeyd olunub ki, Ağdamda örüş əraziləri hələlik təyin edilməyib.

ANAMA əməkdaşı təkcə Ağdamda 64 mina hadisəsinin baş verdiyini açıqlayıb.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR