"Anatolian Phoenix - 2023" beynəlxalq təlimində praktiki tapşırıqlar icra edilib - VİDEO

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimində praktiki tapşırıqlar icra edilib - VİDEO
# 07 iyun 2023 18:57 (UTC +04:00)

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində praktiki tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə iştirakçılara təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı zəruri məlumatlar verilib.
Ssenariyə əsasən, qəzaya uğramış ekipaj üzvlərinin axtarış-xilas və təxliyə edilməsi fəaliyyəti təlim iştirakçıları tərəfindən uğurla icra olunub.
Təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR