Azad olunan ərazilərdə daha 42 mina aşkarlanıb

Azad olunan ərazilərdə daha 42 mina aşkarlanıb
# 13 fevral 2023 11:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, fevralın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilanda 42 tank əleyhinə mina və 118 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 250 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR