Azərbaycan hərbçiləri Qazaxıstana səfər edib - FOTO

Azərbaycan hərbçiləri Qazaxıstana səfər edib - FOTO
# 15 mart 2023 14:51 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu bu ölkəyə səfər edib.

APA xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Səfərin proqramına uyğun olaraq nümayəndə heyətinə qoşun xidməti və hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik və digər mövzularda brifinq təqdim olunub.

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR