Azərbaycan Ordusunda yeni tədris dövrünə hazırlıq görülür - VİDEO

Azərbaycan Ordusunda yeni tədris dövrünə hazırlıq görülür - VİDEO
# 29 iyul 2022 10:39 (UTC +04:00)

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, döyüş texnikaları, şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb.
Qeyd olunub ki, Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla təşkil edilərək keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR