Azərbaycan Ordusunun Daşkəsən, Ağdam və Xocavənddəki mövqeləri atəşə tutulub - VİDEO

Azərbaycan Ordusunun Daşkəsən, Ağdam və Xocavənddəki mövqeləri atəşə tutulub - VİDEO
# 26 noyabr 2022 14:20 (UTC +04:00)

Noyabrın 26-sı saat 00:05-dən 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Bundan başqa, saat 09:25-dən 10:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR