BQXK ANAMA-ya 500 mina xəbərdarlıq nişanı verib

BQXK ANAMA-ya 500 mina xəbərdarlıq nişanı verib
# 26 iyul 2022 11:22 (UTC +04:00)

Bu il iyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) mina və partlamamış sursatlarla çirklənmiş ərazilərin nişanlanması üçün 500 ədəd mina xəbərdarlıq nişanı verib.

Bu barədə APA-ya BQXK-dan məlumat verilib.

Bildirilib ki, xəbərdarlıq nişanlarının verilməsi BQXK-nın Azərbaycanda həyata keçirdiyi Risklər və Təhlükəsiz Davranış Proqramının bir hissəsidir.

Proqramın məqsədi ANAMA və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə mina və partlamamış sursatların təhlükəsi haqqında insanlar arasında maarifləndirilmənin aparılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR