Heydər Əliyev adına Hərbi İnstitutda məzun buraxılışı keçirilib - FOTO - VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutda məzun buraxılışı keçirilib

© APA | Heydər Əliyev adına Hərbi İnstitutda məzun buraxılışı keçirilib

Foto al #
# 21 iyun 2022 10:47 (UTC +04:00)

Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun məzun buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

APA xəbər verir ki, 22-ci buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Milli Müdafiə Universitetinin rəhbərliyi, institutun pedaqoji kollektivi və rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak edirlər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar gün münasibətilə müdafiə nazirinin, universitetin kollektivi və öz adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Həmçinin gənc zabitləri yaxınlaşmaqda olan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

General-leytenant Heydər Piriyev çıxışında son illərdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindən, hərbi institutun zabit və kursantlarının Vətən müharibəsində iştirakından danışıb. O, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin zəfərlə başa çatdığını və torpaqlarımızın işğaldan azad edildiyini xüsusi vurğulayıb.

Rektor əvəzi çıxışında həmçinin bildirib ki, bu il institutu bitirən məzunlar arasında 2 Qırğızıstan, 7 Tacikistan vətəndaş var: “Silahlı Qüvvələr, eləcə də institutumuz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. 44 günlük Vətən müharibəsində qazanılan qələbə xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən insanların inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Bu gün məzun olanlar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə leytenant hərbi rütbəsi verilib. Eləcə də, məzunlarımızdan 4 nəfəri təhsil dövründə yüksək nəticə göstərdiklərinə görə bir başa baş leytenant rütbəsi ilə təltif olunub".

Sonra Heydər Əliyev adına Hərbi İnstitutunu fərqlənmə ilə bitirənlərə diplomlar verilib.

Hərbi İnstitutun döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra yaş kötüyünə rəmzlər vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR