İran hərbi nümayəndə heyəti azad edilmiş ərazilərə səfər edib - FOTO

İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri

© APA | İran hərbi nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri

# 16 avqust 2022 17:38 (UTC +04:00)

Müdafiə Nazirliyinin (MN) təşkilatçılığı ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti işğaldan azad edilmiş ərazilərə səfər edib.

Bu barədə APA-ya MN-dən bildirilib. Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket və ağır artilleriya hücumlarına məruz qalan Bərdə və Tərtər rayonlarında olub.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfər avqustun 20-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR