Ombudsman Aparatının əməkdaşları “N” saylı hərbi hissəyə başçəkmə həyata keçirib

Ombudsman Aparatının əməkdaşları “N” saylı hərbi hissəyə başçəkmə həyata keçirib
# 15 mart 2023 15:29 (UTC +04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinə tərtib olunmuş plana müvafiq olaraq, Ombudsman və Aparatının əməkdaşları tərəfindən başçəkmələr müntəzəm qaydada davam etdirilir.

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, bu fəaliyyət çərçivəsində Ombudsman Aparatının əməkdaşları FHN-nin Mülki Müdafiə Qoşunlarının Türkan qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində olub, şəxsi heyətin məişət şəraiti ilə tanış olub, hüquqi maarifləndirmə işi aparıblar.

Başçəkmə zamanı hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına, habelə ümumi əraziyə baxış keçirilib, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.

Aparatın əməkdaşları hərbi hissənin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizir və zabit heyəti ilə keçirilən görüşdə respublikamızda Ombudsman təsisatının yaranma tarixi, səlahiyyətləri, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin fəaliyyəti haqqında ətraflı məlumat verib, hərbi qulluqçuların suallarını cavablandırıblar.

Belə görüşlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR