Şəhid hərbçi Cəlilabadda dəfn olunub - FOTO

Şəhid hərbçi Cəlilabadda dəfn olunub - FOTO
# 14 sentyabr 2022 19:09 (UTC +04:00)

Bu gün Cəlilabad rayonu daha bir şəhidini son mənzilə yola salıb. Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı şəhid olan hərbi qulluqçu Nahid Məmmədov Cəlilabadda torpağa tapşırılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayonunun Vənlik kənd sakini, 1989-cu il təvəllüdlü Nahid Hüseynağa oğlu Məmmədovun nəşi doğulduğu kəndə gətirilib.

Onunla əvvəlcə yaşadığı evində vida mərasimi keçirilib. Sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

İlkin Rzayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR