Şəhid leytenant Ravil Hümbətov dəfn edilib - FOTO - YENİLƏNİB

Şəhid leytenant Ravil Hümbətov dəfn edilib - FOTO  - YENİLƏNİB
# 14 sentyabr 2022 21:42 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan leytenant Ravil Hümbətov dəfn olunub.

APA xəbər verir ki, şəhidin nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, 35 yaşlı şəhidimiz Ravil Hümbətov əslən Cəbrayıl rayonundandır.

O ailəli olub, iki azyaşlı övladı var.

***

Saat 21:06

Azərbaycan Ordusunun şəhid zabiti - leytenant Ravil Mübariz oğlu Hümbətovun nəşi ailəsinə təhvil verilib.

APA xəbər verir ki, şəhidi qarşılamaq üçün minlərlə insan toplaşıb.

Şəhid zabitin yaşadığı ünvanda - Bakının Yasamal rayonunda onunla vida mərasiminə yaxınları,qohumları və dostları yığışıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR