Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO

Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO
  • Clock-gray 12:01
  • calendar-gray 09 Aprel 2021

İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, sosial-məişət şəraiti və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər çərçivəsində modul tipli yataqxanaların quraşdırılması prosesi həyata keçirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, şəxsi heyətin səhra şəraitində kompakt yerləşdirilməsi üçün nəzərdə tutulan, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilən bu modul tipli yataqxanalarda bütün infrastruktur yaradılıb. Elektrik, su və qaz xətləri çəkilən yataqxanalar tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə təmin olunub.

Bu istiqamətdə müvafiq tədbirlər planlı şəkildə davam etdirilir.

apa-logo-mini

Digər xəbərlər