Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub

Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
# 20 mart 2021 13:55 (UTC +04:00)

Bu gü Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi ehtiramla yad edilib.

Rəhbərlik hospitalda müalicə olunan Vətən müharibəsi qaziləri və digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR