Azərbaycan Ordusunda “NATO günləri” başa çatıb

Azərbaycan Ordusunda “NATO günləri” başa çatıb
  • Clock-gray 17:08
  • calendar-gray 18 Oktyabr 2019

Azərbaycan Ordusunda “NATO günləri” başa çatıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində NATO-nun Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turanın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və “N” nömrəli hərbi hissəni ziyarət edib.

Şəxsi heyət üçün “NATO bu gün və gələcəkdə”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun hərbi məsələləri”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası və Azərbaycan Ordusu” və digər mövzularda mühazirələr və təqdimatlar təqdim olunub.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date