Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb

Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq Planı imzalanıb
  • Clock-gray 17:35
  • calendar-gray 29 Oktyabr 2019

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov ilə görüşüb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, tərəflər hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildirib. Qeyd edilib ki, Azərbaycan ilə Özbəkistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrində sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki sahədə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan Respublikası və Özbəkistan Respublikası müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date