Müdafiə naziri: "David Tonoyanın səviyyəsinə enmək istəmirəm"

Müdafiə naziri: "David Tonoyanın səviyyəsinə enmək istəmirəm"
# 18 iyun 2019 10:43 (UTC +04:00)

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə münasibət bildirib.

APA-nın xəbərinə görə, nazir bildirib ki, D. Tonoyanın səviyyəsinə enmək istəmir.

"Bircə onu deyə bilərəm ki, David Tonoyan yalan danışır. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət ötdükdən sonra onlar itkilərini açıqlayacaqlar", - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR