Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin yeni inşa edilmiş obyektinin açılışında iştirak edib - VİDEO

Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin yeni inşa edilmiş obyektinin açılışında iştirak edib - VİDEO
# 09 iyul 2019 14:08 (UTC +04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, müdafiə naziri qərargah, matros yataqxanaları, tibb məntəqəsi, digər xidməti və inzibati otaqlara, eləcə də ərazidəki qurğu və avadanlıqlara baxış keçirib.

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında qoyulan vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR