Qəzaya uğrayan MiQ-29 təyyarəsinin bəzi fraqmentləri tapılıb

Qəzaya uğrayan  MiQ-29 təyyarəsinin bəzi fraqmentləri tapılıb
# 09 avqust 2019 12:08 (UTC +04:00)

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Müdafiə Nazirliyindən (MN) APA-ya verilən məlumata görə, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarənin pilotu Rəşad Atakişiyev itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR