"Azercell" şirkəti "Umico" kartı ilə nömrənin balansını artırmaq imkanı yaradıb

"Azercell" şirkəti "Umico" kartı ilə nömrənin balansını artırmaq imkanı yaradıb
  • Clock-gray 17:39
  • calendar-gray 16 Sentyabr 2019

Zəngin rəqəmsal məhsullar bazasına malik olan ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC texnoloji yeniliklərin tətbiqi vasitəsilə insan həyatını rahatlaşdırmaq istiqamətində fəaliyyətini genişləndirməyə davam edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Umico” bonus proqramının eksklüziv telekom tərəfdaşı olan “Azercell” adıçəkilən proqram istifadəçilərinə “cashback” qazanmaq imkanı yaradır. Sentyabr ayının 3-dən etibarən “Umico” istifadəçisi olan “Azercell” fakturasız xətt müştəriləri balanslarını rəqəmsal kanallar vasitəsilə artırmaqla, 0,7% məbləğində “cashback” əldə edir. Bonuslar “MilliÖN” terminalları və internet saytı, “Modenis”, “Expressbank”, “Smartpay” terminalları, “PaySis”, “Goldenpay”, “Azerikard” internet saytları, “ABB” ATM-ləri, “Azərpoçt” şöbə və filialları vasitəsilə edilən ödənişlərə təqdim olunur.

Qeyd edək ki, istifadəçilərə “Umico”nun 500-dən çox tərəfdaş şəbəkələrində alış-veriş zamanı “cashback” qazanmaq  və topladıqları “cashback” balansını eyni şəkildə tərəfdaş şəbəkələrində sərf etmək fürsəti verilir. “Azercell” abunəçiləri toplanan bonusları “Umico” mobil tətbiqi çərçivəsində həm fakturalı, həm də fakturasız xətt nömrələrinin balansına yükləyə bilərlər.

Xatırladaq ki, layihə çərçivəsində şirkətin ilk təklifi cari ilin may ayından etibarən “Azercell” mağazalarından alınan smartfon və aksesuarlar üçün 3,5% və 7,5% dəyərində “cashback” verilməsi, həmçinin toplanan bonusun eyni mağazalarda alış-veriş zamanı xərclənə bilməsi olub.

“Umico” mobil tətbiqini “AppStore” və ya “PlayStore”dan yükləmək olar.

APA-Economics

Digər xəbərlər

Arxiv

date