"Düdelanj" rəsmilərinin üzrxahlığından sonra "Qarabağ"la oyun davam etdirilib - YENİLƏNİB

"Düdelanj" rəsmilərinin üzrxahlığından sonra "Qarabağ"la oyun davam etdirilib - YENİLƏNİB
# 03 oktyabr 2019 23:58 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj” – “Qarabağ” matçı davam etdirilib.

APA-nın məlumatına görə, görüşün 31-ci dəqiqəsində yaşanan təxribat səbəbindən dayandırılan matç təxminən 25 dəqiqədən sonra bərpa edilib.

Bu, meydan sahiblərinin baş verənlərə görə üzr istəməsindən sonra mümkün olub. Təhlükəsizlik bərpa edildikdən sonra təmsilçimizin 2:0 hesabı ilə öndə olduğu görüş davam etdirilib.

Qeyd edək ki, Lüksemburqda baş verən qalmaqalla bağlı UEFA da qərar verəcək. Qurumun meydan sahibi kluba pul cəriməsinə məruz qoyması gözlənilir. Hətta komandanın növbəti ev oyunları ilə bağlı cəzanın verilməsi də istisna deyil.

***

Saat. 23:42

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" (Lüksemburq) - “Qarabağ” (Azərbaycan) oyununda təxribat baş verib.

APA-nın məlumatına görə, xoşagəlməz hadisə Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb.

Buna səbəb separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilməsi olub. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb.

Qeyd edək ki, "Qarabağ" rəqib qapısından ikinci qolu 30-cu dəqiqədə keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR