“Hamlet X” tamaşası nümayiş olunub - FOTO

“Hamlet X” tamaşası nümayiş olunub - FOTO
# 05 noyabr 2019 19:25 (UTC +04:00)

Noyabrın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində “Hamlet X” tamaşası nümayiş olunub.

APA-nın məlumatına görə, tamaşa Mədəniyyət Nazirliyinin müstəqil teatrlara dəstək proqramı çərçivəsində Rebus Teatrı tərəfindən hazırlanıb.

Tamaşanın ideya müəllifi və rejissoru Ceyhun Dadaşov ona “psixo-plastik qrotesk” kimi janr təyinatı verib.

Tamaşada Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov, Natəvan Abbaslı, Ziya Ağa, Rasimə Abbaslı iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR