Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti keçiriləcək

Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti keçiriləcək
# 18 iyun 2019 10:57 (UTC +04:00)

İyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konsert proqramı keçiriləcək.

APA-nın məlumatına görə, konsertdə orta əsr və bəstəkar musiqiləri, xalq mahnıları və şərq musiqiləri səsləndiriləcək.

Ansamblın bədii rəhbəri və konsertmeysteri xalq artisti Munis Şərifovdur. Gecədə xalq artisti Teyyub Aslanov və əməkdar artist Nuriyyə Hüseynova iştirak edəcək.

Saat 20:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR