"Şəhrizad" baletində Zübeydə rolunu Cəmilə Kərimova ifa edəcək

"Şəhrizad" baletində Zübeydə rolunu Cəmilə Kərimova ifa edəcək
# 02 oktyabr 2019 11:15 (UTC +04:00)

Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnələşdirilmiş "Şəhrizad" baletinin tamaşası olacaq.

APA-nın məlumatına görə, tamaşada əsas partiyanı - Zübeydə rolunu ilk dəfə balet truppasının aparıcı solisti, Əməkdar artist Cəmilə Kərimova ifa edəcək.

Tamaşada həmçinin Əməkdar artist Makar Ferştandt, solistlər Timur Oduşev, Dilarə Mehdiyeva, Dinara Şirinova və başqaları çıxış edəcəklər.

Balet bəstəkarın 1888-ci ildə yazdığı eyniadlı simfonik süitası əsasında tamaşaya qoyulub.

Balet tamaşasının klassik xoreoqrafiyasının müəllifi məşhur xoreoqraf Mixail Fokindir. M.Fokinin 1910-cu ildə həyata keçirdiyi quruluş Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburq Mariinski adına Teatrı, Ukrayna Milli Operasının səhnəsində bu gün də nümayiş olunur. Elə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşası da M.Fokinin quruluşu əsasında hazırlanıb.

Balet tamaşasını Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR