Elçinin ərəb dilində çap olunan romanının təqdimatı keçirilib

Elçinin ərəb dilində çap olunan romanının təqdimatı keçirilib
  • Clock-gray 14:39
  • calendar-gray 01 İyun 2018

M. F. Axundov adına Milli Kitabxanada xalq yazıçısı Elçinin ərəb dilində çap olunan “Baş” romanının təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdən əvvəl Elçinin həyat və yaradıcılığına həsr olunan video nümayiş olunub. Kitabxananın direktoru Kərim Tahirov Elçinin ədəbi və dramaturji yaradıcılığı haqqında məlumat verib. O bildirib ki, Elçinin əsərlərinin hər biri ədəbi mühitdə hadisə kimi qarşılanıb.

 

Mədəniyyət naziri Əbülfəs Qarayev indiyədək Elçin haqqında bir çox kitabların nəşr olunduğunu deyib. Nazir qeyd edib ki, yazıçının kitabları Azərbaycan oxucusunun stolüstü kitabıdır: “Elçinin müəllimin fəaliyyəti həm də böyük alim, tənqidçi, ədəbiyyatşünas kimi genişdir. Onun əsərləri özünün ikinci-üçüncü həyatını yaşayır, təkrar nəşr olunur. Elçin müəllim sözün əsl mənasında böyük azərbaycanlıdır. Onun yaradıcılığında tariximiz, milli köklərimiz hər zaman geniş yer tutub. Elçin daim axtarışdadır, bir-birindən maraqlı əsərlər ilə oxucularını sevindirir. Mənə nəsib olub ki, Elçin müəllimin ilk əsərlərinin oxucusu olmuşam”.

 

Dövlət tərəfindən hər zaman Elçinin yaradıcılığına verilən dəyərdən danışan nazir bir neçə gün öncə prezident İlham Əliyevinin müvafiq sərəncamı ilə ona verilən  “Şöhrət” ordenini yazıçıya təqdim edib.

 

Akademik Nizami Cəfərov Elçinin “Baş” romanının ərəb dilində çap olunmasını ədəbi hadisə kimi dəyərləndirib. O, yazıçının çoxjanrlı yaradıcılığından danışıb, onu milli ədəbiyyatımızın təəssübkeşi adlandırıb.

 

Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahimi, professor Qəzənfər Paşayev və başqaları kitabın Misirdə çap olunmasını yüksək qiymətləndiriblər.

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date