Heydər Əliyev sarayında “Ələddin” uşaq müziklinin premyerası olacaq

Heydər Əliyev sarayında “Ələddin” uşaq müziklinin premyerası olacaq
# 02 mart 2018 14:15 (UTC +04:00)

Azərbaycanda ilk uşaq müziklının - “Ələddin”in premyerası olacaq.

APA-nın xəbərinə görə, premyera 15 aprel, saat 13:00-da, Heydər Əliyev sarayında keçiriləcək.

Müziklın quruluşçu-rejissoru - Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda - populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyev, Hüseyn Abdullayev və başqa tanınmış aktyor və müğənnilər çıxış edəcəklər.

Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa edəcəyi bənzərsiz musiqi təkcə balacaların deyil, böyüklərin də ürəyincə olacaq.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

“Ələddin” müziklinə “APA Holding” informasiya dəstəyi verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR