Yaponiyanın Filarmonik Orkestri "Yeddi gözəl" baletini ifa edəcək

Yaponiyanın Filarmonik Orkestri "Yeddi gözəl" baletini ifa edəcək
# 28 iyun 2019 19:14 (UTC +04:00)

Yaponiyanın İHİ Filarmonik Orkestri dünya şöhrətli azərbaycanlı bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletini ifa edəcək.

APA-nın xəbərinə görə, konsert iyulun 5-də Yaponiyanın paytaxtı Tokyonun “Toyosu Mülki Mərkəzi"nin konsert zalında baş tutacaq.

Konsert Azərbaycanın Yaponiyadakı səfirliyi tərəfindən təşkil ediləcək və Azərbaycan diplomatik xidmət orqanlarının qurulmasının 100 illiyinə həsr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR