Dövlət Xidməti: Bakıdakı tarixi abidənin əvvəlki görkəmi özünə qaytarılır - FOTO

Bakıdakı tarixi abidənin əvvəlki görkəmi özümə qaytarılır  

© APA | Bakıdakı tarixi abidənin əvvəlki görkəmi özümə qaytarılır  

# 21 sentyabr 2022 15:26 (UTC +04:00)

Qoqol küçəsində yerləşən XIX əsrə aid tarixi abidəyə edilmiş qanunsuz müdaxilələrin qarşısını alınıb.

Bunu APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O qeyd edib ki, proses nəzarətə götürülüb və abidənin əvvəlki görkəminə qaytarılması istiqamətində iş başlayıb: “Tarixi abidəyə edilən qanunsuz müdaxilə tərəfimizdən aktlaşdırılıb və protokol tərtib edilib. Fasad tezliklə əvvəlki görkəminə qaytarılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR