Elton Con daha konsert fəaliyyəti ilə məşğul olmayacaq

Elton Con

© APA | Elton Con

# 21 iyul 2022 17:42 (UTC +04:00)

Britaniyalı müğənni və bəstəkar Elton Con daha konsert fəaliyyəti ilə məşğul olmayacaq.

APA-nın “Hello” nəşrinə istinadən verdiyi xəbərə görə, o, bu sözləri “Farewell Yellow Brick Road Tour” adlı dünya turu çərçivəsində ABŞ-ın Detroyt şəhərinin səhnəsində çıxışı zamanı deyib.

Dünya şöhrətli müğənni bu turun onun son səfəri olduğunu bildirib: “Mən musiqisiz qalmayacağam, lakin daha dünyanı dolanmaq istəmirəm. Mən bu işlə 17 il məşğul olmuşam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR