"Həyat, deyəsən, gözəldir" filminin treyleri yayımlanıb - VİDEO

"Həyat, deyəsən, gözəldir" filminin treyleri yayımlanıb  - VİDEO
# 30 oktyabr 2022 23:38 (UTC +04:00)

"Həyat, deyəsən, gözəldir" filminin treyleri yayımlanıb.

APA xəbər verir ki, film dünya premyerasını 1-5 noyabr tarixlərində Bursada keçirləcək "Korkut Ata" film festivalında edəcək.

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınan film erməni işğalçılarının 30 ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsində Zəfərimizdən bəhs edir. Filmin rejissoru Xalq artisti Vaqif Musyafayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR