Nizami Kino Mərkəzinin sabiq direktoruna Səbail RİH-də vəzifə verilib

Nizami Kino Mərkəzinin sabiq direktoruna Səbail RİH-də vəzifə verilib
# 11 may 2023 12:25 (UTC +04:00)

Nizami Kino Mərkəzinin keçmiş direktoru Leyli Mirzəyevanın yeni iş yeri məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Leyli Mirzəyeva Səbail Rayonu İcra Hakimiyyətində (RİH) İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Xatırladaq ki, Leyli Mirzəyeva bir neçə gün öncə Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən öz ərizəsi ilə çıxıb.

O, bu vəzifədə 2016-cı ildən çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR