Uşaq musiqi məktəblərində MİQ üzrə müsahibə mərhələsi başa çatıb

Mədəniyyət Nazirliyi

© APA | Mədəniyyət Nazirliyi

# 10 sentyabr 2022 12:37 (UTC +04:00)

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 7 avqust 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmiş test imtahanında uğur qazanaraq elan edilmiş vakant vəzifələrə qeydiyyatdan keçib namizədliklərini təsdiq etmiş 352 nəfərlə 5-9 sentyabr tarixlərində baş tutmuş müsahibələrin nəticələri 7 iş günü ərzində elan ediləcək.

Test mərhələsində iştirak etmiş 1709 nəfərdən 482 nəfər tələb olunan keçid balını toplayaraq müsahibələrdə iştirak etmək hüququ qazanıb. Elan edilmiş vakant vəzifələrə 383 nəfər qeydiyyatdan keçib namizədliklərini təsdiq etsə də, 31 nəfər müsahibə mərhələsində iştirak etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR