Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb

Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb
# 31 mart 2023 10:35 (UTC +04:00)

Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, atası hazırda xəstəxanaların birində müalicəsini davam etdirir: “Vəziyyəti yaxşı deyil, irəliləyiş yoxdur”.

Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Bir müddət sonra evə buraxılmış, müalicəsi evdə davam etdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR