Ağstafada 3 ədəd qanunsuz ov tüfəngi tapılıb

Ağstafada 3 ədəd qanunsuz ov tüfəngi tapılıb
# 28 dekabr 2021 09:56 (UTC +04:00)

Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində silah olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Qeyd edək ki, cari il ərzində RPŞ əməkdaşlarının gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə keçirdikləri müvafiq tədbirlər nəticəsində ümumilikdə 9 ədəd müvafiq sənədləri olmayan silah aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR