Gəncədə azyaşlı qızı avtomobil vurub 

Gəncədə azyaşlı qızı avtomobil vurub 
# 22 dekabr 2021 08:16 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 8-10 yaşlı qızı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, əziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR