Masallıda avtomobil kanala aşıb, sürücü ölüb - FOTO

Masallıda avtomobil kanala aşıb, sürücü ölüb - FOTO
# 26 may 2023 21:21 (UTC +04:00)

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə qəza Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri Namiq Eynullayevin idarə etdiyi "VAZ-2170" markalı (Lada Priora – red.) avtomobillə Miri Ağayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə qəza nəticəsində "VAZ-2104" markalı avtomobil, yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və "VAZ-2170" markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR