"Azərsu" ASC-nin Su qrupları yaradılıb

"Azərsu" ASC-nin Su qrupları yaradılıb
# 26 may 2023 15:37 (UTC +04:00)

"Azərsu" ASC-nin Su qrupları yaradılıb. Bu qruplar böyük su istehlakçılarının, sudan xammal kimi istifadə edən abunəçilərin su təchizatı sisteminə baxış keçirir, təhlillər aparırlar.

"APA-Economics" xəbər verir ki, bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

"Aparılan monitorinqlər nəticəsində bir sıra qanunsuz hallar aşkar edilib."Qeyri-əhali" abonent "əhali" olan abonentin suyundan istifadə edir. "Qeyri-əhali"dən istifadə etdikə 2 manat ödəniş etməli olduğu üçün,"Əhali" xəttindən istifadə edərək 1 manat ödəniş edirlər",-deyə Anar Cəbrayıllı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR