"Azərsu": 20-ci sahə qəsəbəsinin su problemləri bu gün səhər əsasən həllini tapıb

"Azərsu": 20-ci sahə qəsəbəsinin su problemləri bu gün səhər əsasən həllini tapıb
  • Clock-gray 11:15
  • calendar-gray 27 Noyabr 2019

"Bakının Səbail rayonunun 20-ci sahə qəsəbəsinin su problemləri bu gün səhər böyük mənada həllini tapıb".

Bunu "APA-Economics"ə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib

O qeyd edib ki, torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəzanın "Azərsu"nun mütəxəssisləri tərəfindən qiymətləndirilməsindən sonra xəttin qəzalı hissəsində yerləşən siyirtmə bağlanılıb, lakin arxada qalan Bibiheybət və Şıxov qəsəbələrinə artıq həmin gün axşamdan su təminatı bərpa olunub.

 

Anar Cəbrayıllı onu da qeyd edib ki, 20-ci sahənin su təminatı alternativ olaraq Bayraq Meydanı tərəfdən gedən su xətlərindən və Badamdar anbarından təşkil olunub.

 

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date