AQTA ölkədə fərdi laboratoriyaların açılması istiqamətində işlər aparır

AQTA ölkədə fərdi laboratoriyaların açılması istiqamətində işlər aparır
# 25 dekabr 2019 12:41 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra sahibkarlıq subyekti ilə ölkədə fərdi laboratoriyaların açılması istiqamətində işlər aparır.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AQTA sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, bu il sahibkarlara model laboratoriyaların eskiz layihəsinin hazırlanması, laborator avadanlığın siyahısının müəyyənləşdirilməsi, laboratoriyaların akkreditasiya keçirilməsi prosedurlarına dair təlimatın hazırlanması ilə bağlı görüşlər keçirilib: "Bu istiqamətdə özəl sahibkarlıq subyektləri ilə real laboratoriyanın açılması istiqamətində işlərə başlanılıb".

"Hazırda Agentlik bir neçə özəl laboratoriya ilə əməkdaşlığa başlayıb. Bildiyiniz kimi, Agentliyin mövqeyi ondan ibarətdir ki, müayinələr təkcə AQTA-nın balansında olan laboratoriyalarda deyil, eyni zamanda özəl laboratoriyalarda da həyata keçirilməlidir. Artıq biz iki laboratoriya ilə müayinə nəticələrinin qarşılıqlı tanınması ilə bağlı razılıq əldə etmişik. İxrac məhsullarına verilən sertifikat üçün tələb olunan müayinələrin həmin laboratoriyalarda aparılması təmin edilir", - deyə E. Mikayılov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR