Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi açıqlanıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi açıqlanıb
# 10 avqust 2020 12:07 (UTC +04:00)

2020-ci ilin yanvar-iyun aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 21 687,1 min ton, yük dövriyyəsi isə 4 877,8 milyon ton-km olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,7% və 8,0% azalma müşahidə olunub.

Yüklərin 12590,7 min tonu və ya 58,1%-i avtomobil nəqliyyatı, 6515,1 min tonu və ya 30,0%-i dəmir yolu nəqliyyatı, 2581,3 min tonu və ya 11,9%-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,0%-ni və ya 4332,0 min tonunu tranzit yüklər təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR