"AzScienceNet"in e-poçt xidmətinin istifadəçiləri "fişinq" hücumlarına məruz qalıb

"AzScienceNet"in e-poçt xidmətinin istifadəçiləri "fişinq" hücumlarına məruz qalıb
# 13 oktyabr 2020 18:05 (UTC +04:00)

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm kompüter şəbəkəsinin elektron poçt xidmətinin istifadəçilərinə qarşı kütləvi “fişinq” hücumlar qeydə alınıb.

AMEA İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, “fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxduraraq bədniyyətli məqsədlər üçün istifadə etməkdir.

Elektron poçt vasitəsilə göndərilən faylların içərisində zərərverici proqramlar yerləşdirilir, beləliklə, linkə daxil olub məlumatları yükləyən istifadəçinin cihazına zərər dəyir. Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan istifadəçilərə məktub yazaraq, Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplanılır.

Bu səbəbdən “AzScienceNet” şəbəkəsinin mütəxəssisləri e-poçt xidmətinin istifadəçilərinə xüsusilə diqqətli olmağı, tanımadıqları şəxslər tərəfindən göndərilən heç bir linkə daxil davranmağı və ya fayl yükləməməyi tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR