Aznet istifadəçilərinə yönəlmiş növbəti fişinq hücumu qeydə alınıb - FOTO

Aznet istifadəçilərinə yönəlmiş növbəti fişinq hücumu qeydə alınıb - FOTO
  • Clock-gray 11:08
  • calendar-gray 27 Noyabr 2020

Azərbaycan internet məkanında (Aznet) istifadəçilərə yönələn daha bir fişinq hücumu qeydə alınıb.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, istifadəçilərin elektron poçt ünvanlarına daxil olan müxtəlif məzmunlu bildirişlərdə linklərə keçid etmək tələb olunur.

"İstifadəçilərə oxşar məzmunlu elektron məktublara qarşı diqqətli olmaq və göstərilən keçidlərə daxil olmamaq tövsiyə olunur", - mərkəzdən bildirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər